Taczadə: İranı Daş dövrünə qaytarmaq ABŞ-nin uğuru sayılmır
İranın keçmiş daxili işlər nazirinin müavini və hazırda siyasi məhbus olan Mustafa Taczadə ABŞ prezidenti Donald Trampa ünvanladığı məktubda Vaşinqtonun İrana qarşı hərbi siyasətini sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Evin həbsxanasında saxlanılan Taczadə bildirib ki, ABŞ-nin İranla danışıqların davam etdiyi bir dövrdə hücum qərarı verməsi sual doğurur və bu addım “müharibəni alovlandıran qərar” kimi qiymətləndirilməlidir.
O vurğulayıb ki, İran xalqı istənilən şəraitdə ölkənin suverenliyini qorumağa hazırdır. Taczadənin sözlərinə görə, İranı “Daş dövrünə” qaytarmaq cəhdi Amerikanın müharibədə uğur qazandığını göstərmir.
Siyasi məhbus məktubunda İran hakimiyyətinə də çağırış edərək qeyd edib ki, əhalinin böyük hissəsinin demokratik tələblərinin nəzərə alınması və nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların aradan qaldırılması “şərəfli razılaşma” üçün imkan yarada bilər.
11:22 06.04.2026
Oxunuş sayı: 58