Dünyanı müharibədən xilas edə biləcək SON ŞANS: ABŞ və İran atəşkəs razılığına gələ biləcək?
ABŞ və İran arasında gərginliyin qarşısını almaq üçün 45 günlük atəşkəs əldə etmək məqsədilə son cəhdlər edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ, İran və regionun vasitəçi dövlətləri müharibəni dayandırmaq üçün müvəqqəti barışıq ehtimalını nəzərdən keçirirlər. Lakin mənbələr yaxın iki sutka ərzində razılaşma şansının olduqca az olduğunu bildirirlər. Bu addım faktiki olaraq İranın mülki infrastrukturuna və Fars körfəzi ölkələrindəki obyektlərə cavab hücumları ilə müşayiət olunacaq kəskin eskalasiyadan qaçmaq üçün son cəhddir.
Danışıqlar vasitəçilər tərəfindən iki mərhələli plan əsasında aparılır: ilkin mərhələdə atəşkəs, daha sonra isə tammiqyaslı sülh sazişinin imzalanması nəzərdə tutulub. Əsas mübahisəli məsələlər arasında Hörmüz boğazının taleyi və İranın zənginləşdirilmiş uran ehtiyatları durur.
13:12 06.04.2026
Oxunuş sayı: 48