Ust-Luqa limanı dron hücumlarından sonra neft ixracını bərpa etdi
Rusiyanın Baltik dənizində yerləşən əsas ixrac mərkəzlərindən biri olan Ust-Luqa limanı Ukraynanın dron hücumları nəticəsində yaranan fasilədən sonra neft daşınmasını bərpa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Kpler" şirkəti məlumat yayıb.
Məlumata görə, “The Jewel” adlı tanker şənbə günü limanda yenidən yükləmə əməliyyatlarına başlayıb. Xatırladaq ki, Rusiyanın qərbində yerləşən bu strateji limanda neft ixracı martın sonlarında Ukraynanın Baltik dənizi sahillərində enerji infrastrukturuna qarşı hücumlarını intensivləşdirməsi səbəbindən müvəqqəti dayandırılmışdı.
Buna baxmayaraq, qısa müddət ərzində ixrac həcmlərinin yenidən bərpa olunduğu bildirilir.
12:47 06.04.2026
Oxunuş sayı: 47