İraqın kürd bölgəsində PAK liderinin ofisi vurulub
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) mətbuat xidmətinin yaydığı məlumata görə, İraqın kürd bölgəsində fəaliyyət göstərən PAK qruplaşmasının lideri Hüseyn Yazdanpanəyə məxsus ofis İran tərəfindən hədəfə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, sözügedən ofis İran qüvvələrinin zərbəsi nəticəsində tamamilə dağıdılıb. İİKK iddia edir ki, bu obyekt mümkün hərbi eskalasiya halında İrana qarşı ilk hücum cəhdinin həyata keçiriləcəyi məkanlardan biri kimi qiymətləndirilirdi.
Məlumatın senzura edildiyi qeyd olunur və hadisə nəticəsində ölənlərin və yaralananların sayı hələlik açıqlanmayıb.
09:55 06.04.2026
Oxunuş sayı: 53