Marko Rubionun bu çıxışı Avropanı TƏŞVİŞƏ SALDI
ABŞ Dövlət katibi Marko Rubionun NATO-nun effektivliyini şübhə altına alan son çıxışları Avropa liderləri arasında alyansın gələcəyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb.
NATO daxilində artan qeyri-müəyyənlik fonunda bəzi Avropa rəsmiləri transatlantik münasibətlərin zəifləyə biləcəyindən ehtiyat edir.
Məlumata görə, Rubio hazırkı ABŞ administrasiyasında güclü transatlantik əlaqələrin qorunması və Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində əsas fiqurlardan biri hesab olunurdu. Onun mövqeyindəki dəyişiklik isə Vaşinqtonun gələcək siyasəti ilə bağlı sualları daha da artırıb.
12:35 06.04.2026
Oxunuş sayı: 54