Kavaşrada 31 Mart soyqırımı qurbanları anılıb
Livanın Kavaşra kəndindəki Azərbaycan Evində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir iştirakçılarına həmin dövrün tarixi hadisələri, soyqırımın səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib. Daha sonra faciə ilə bağlı fotolar, arxiv sənədləri və video materiallar nümayiş olunub.
Qeyd edək ki, belə görüşlərin keçirilməsi soydaşlarımız arasında həm birlik, həm də milli həmrəylik ruhunun gücləndirilməsinə xidmət edir.
13:35 06.04.2026
Oxunuş sayı: 42