Müctəba Xameneyinin süni intellektlə hazırlanmış görüntüləri yayıldı
İranın yeni ali lideri Müctəba Xameneyinin İranın “üçüncü ali lideri” kimi təqdim edilməsindən bir ay keçməsinə baxmayaraq, onunla bağlı ictimaiyyətə təqdim olunan materiallar hələ də yalnız süni intellekt vasitəsilə yaradılmış vizuallarla məhdudlaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu müddət ərzində Xameneyinin yeni səs yazısı və ya real video görüntüsü paylaşılmayıb. Son olaraq hökumətə yaxın şəxslər və media resursları onun süni intellektlə hazırlanmış yeni videosunu yayıblar.
Yayılan videoda Xameneyi guya “müharibə otağında” göstərilir və kadrlarda onun İsraildə yerləşən Dimona nüvə obyektinin xəritəsinin fonunda göründüyü diqqət çəkir.
12:00 06.04.2026
Oxunuş sayı: 47