ABŞ və İran arasında atəşkəs danışıqları dalana dirənib
ABŞ və İran arasında mümkün atəşkəsin əldə olunması üçün aparılan diplomatik vasitəçilik cəhdləri nəticəsiz qalıb.
Crossmedia.az bu barədə "The Wall Street " ə istinadən xəbər verir.
Məlumata əsasən, başda Pakistan olmaqla bir sıra regional ölkələr Vaşinqton və Tehran arasında müvəqqəti atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlar aparsa da, proses dalana dirənib. İran tərəfi ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməyəcəyini bildirib.
Qəzet yazır ki, Türkiyə, Misir və Pakistan rəsmiləri İranı müharibənin dayandırılması və ya müvəqqəti atəşkəs üçün ABŞ ilə danışıqlara başlamağa razı salmağa çalışırlar. Lakin bu təşəbbüslər hələlik konkret nəticə verməyib.
Eyni zamanda qeyd olunur ki, İran rəsmiləri mövqelərindən geri çəkilmək niyyətində deyil və müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazının açılması təklifini də rədd ediblər.
Müşahidəçilər bildirir ki, tərəflər arasında mövcud fikir ayrılıqları yaxın zamanda razılaşma əldə olunmasını çətinləşdirir.
11:49 06.04.2026
Oxunuş sayı: 44