Serbiyada qaz kəmərinə qarşı planlaşdırılan diversiya cəhdinin qarşısı alınıb
Serbiya Hərbi Təhlükəsizlik Agentliyinin direktoru Curo Jovaniç ölkə ərazisində təhlükəli diversiya planının ifşa olunduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bir xarici vətəndaş Serbiya ilə Macarıstanı birləşdirən qaz kəmərində partlayış törətməyi planlaşdırıb.
Jovaniç bildirib ki, sözügedən şəxs partlayıcı maddələrdən istifadə edərək strateji enerji infrastrukturunu hədəf almağa hazırlaşırmış. Təhlükəsizlik orqanlarının operativ müdaxiləsi nəticəsində planın qarşısı vaxtında alınıb.
Agentlik rəhbəri əlavə edib ki, aşkar edilən partlayıcı maddələrin üzərindəki işarələr onların ABŞ istehsalı olduğunu göstərir. Hadisə ilə bağlı araşdırmalar davam edir və mümkün əlaqələr diqqətlə yoxlanılır.
Rəsmi qurumlar hadisəni regionun enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdid kimi qiymətləndirir.
11:02 06.04.2026
Oxunuş sayı: 50