Dmitri Medvedevdən Zelenskinin Yaxın Şərqə yardım təklifinə kəskin reaksiya: "Sürreal bir mənzərədir"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin Fars körfəzi ölkələrinə pilotsuz uçuş aparatlarından (PUA) müdafiə sahəsində yardım təklif etməsini sərt və təhqiramiz ifadələrlə tənqid edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Medvedev öz açıqlamasında Zelenskinin diplomatik səfərlərini və təhlükəsizlik vədlərini "sürreal" adlandıraraq, vəziyyəti ironiya ilə qarşılayıb. "Yaşıl bir həşəratın Körfəz ölkələri arasında ora-bura qaçaraq dronlardan müdafiə təklif etməsini izləmək gülüncdür", — deyən Rusiya rəsmisi, ABŞ-ın belə bölgədəki müttəfiqlərini və öz hərbi bazalarını tam qoruya bilmədiyi bir vaxtda, Ukraynanın bu cür iddia ilə çıxış etməsinin məntiqsiz olduğunu vurğulayıb. Medvedev həmçinin Ukraynanı "yox olmaqda olan bir dövlət" kimi xarakterizə edərək, Kiyevin beynəlxalq müdafiə tərəfdaşı rolunda çıxış etmək cəhdlərini kəskin şəkildə məsxərəyə qoyub.
Bu bəyanat Rusiya rəhbərliyinin Ukraynanın xarici siyasət fəallığına və xüsusilə Yaxın Şərqdə artan diplomatik təmaslarına olan neqativ münasibətinin növbəti təzahürü kimi qiymətləndirilir.
22:59 29.03.2026
Oxunuş sayı: 49