İspaniya və Fransa liderləri İsrailə qarşı : "Qüdsdə dini azadlıqlara hörmət edilməlidir"
Qüdsdəki müqəddəs yerlərdə xristianların "Palma Bazar günü" (Вербное воскресенье) ayinlərini icra etməsinə maneçilik törədilməsi Avropanın aparıcı dövlətlərinin kəskin etirazına səbəb olub. Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, İsrail tərəfi heç bir izahat vermədən katoliklərin Müqəddəs Qəbir kilsəsində bayram ibadətlərini yerinə yetirməsinə mane olub. Sançes rəsmi Təl-Əvivdən beynəlxalq hüquq normalarına və insanların dini etiqad azadlığına qeyd-şərtsiz hörmət edilməsini tələb edib.
Fransa Prezidenti Emmanuel Makron da həmkarının mövqeyinə qoşularaq, İsrail polisinin hərəkətlərini qətiyyətlə pisləyib. Makron xüsusilə Qüdsün latın patriarxı Pyerbattista Pissaballanın bayram messasını keçirməsinə icazə verilməməsini qəbulolunmaz adlandırıb. Fransa lideri vurğulayıb ki, Qüdsdə bütün dinlərin nümayəndələri üçün ibadət azadlığı tam təmin olunmalı və beynəlxalq təminat altına alınmalıdır.
Bu diplomatik gərginlik Yaxın Şərqdə davam edən müharibə fonunda xristian dünyası ilə İsrail arasındakı münasibətlərdə yaranmış yeni bir çat kimi qiymətləndirilir. Avropalı liderlərin bu çıxışları bölgədəki müqəddəs məkanların statusunun qorunması ilə bağlı narahatlıqların artdığını göstərir.
23:09 29.03.2026
Oxunuş sayı: 49