İslamabadda İranla bağlı gərginliyin azaldılması üçün danışıqlar başlayıb
Pakistanın paytaxtı İslamabad şəhərində İrandakı müharibə gərginliyinin azaldılması məqsədilə yüksək səviyyəli danışıqlara start verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Görüşlərə regionun əsas ölkələri cəlb olunub.
Məlumata əsasən, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri danışıqlarda iştirak edir. İki gün davam edəcək görüşlərin əsas məqsədi gərginliyin azaldılması və diplomatik prosesin başlanmasıdır.
Bildirilir ki, Pakistan ABŞ və İran arasında vasitəçi kimi çıxış edir. Bu çərçivədə rəsmi İslamabad artıq Tehrana Vaşinqtonda hazırlanmış 15 maddəlik sülh planını təqdim edib.
Diqqət çəkən məqamlardan biri isə görüş başlamazdan əvvəl Pakistanın xarici işlər nazirinin sürüşərək yıxılması olub. Hadisə ciddi nəticə doğurmayıb.
19:15 29.03.2026
Oxunuş sayı: 43