SEPAH “Gerçək vəd – 4” əməliyyatının 86-cı dalğasını həyata keçirib
İranın hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” adlanan əməliyyat çərçivəsində növbəti – 86-cı dalğanın həyata keçirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, əməliyyat regionda artan gərginlik fonunda davam etdirilir. Rəsmi açıqlamalarda hücumların əsas hədəfinin İsrail və ABŞ-la bağlı obyektlər olduğu iddia edilir. Bununla belə, zərbələrin konkret nəticələri və miqyası barədə detallı məlumat verilməyib.
Hadisə ilə bağlı nə İsrail, nə də ABŞ tərəfindən hələlik rəsmi açıqlama yayılmayıb. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
21:12 29.03.2026
Oxunuş sayı: 45