İranda nüvə siyasəti ilə bağlı YENİ TƏKLİF
İranda parlamentə təqdim olunan və “üç təcili” tədbir kimi qiymətləndirilən yeni qanun layihəsi ölkənin nüvə siyasətində ciddi dəyişiklikləri nəzərdə tutur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Layihənin ilk bəndinə əsasən, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxması təklif olunur. Bu addım qəbul edilərsə, Tehranın beynəlxalq nüvə nəzarət mexanizmləri ilə münasibətlərində köklü dəyişikliklər baş verə bilər.
İkinci bənd Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində daha əvvəl qəbul olunmuş qanunun ləğvini nəzərdə tutur. Xatırladaq ki, bu saziş İranla P5+1 ölkələri – ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya arasında imzalanmışdı.
Üçüncü bənddə isə İranın dost ölkələrlə, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində yeni beynəlxalq əməkdaşlıq mexanizmi qurması təklif olunur.
Qanun layihəsinin taleyi parlament müzakirələrindən sonra müəyyənləşəcək.
19:55 29.03.2026
Oxunuş sayı: 47