“Şamaxı”nın müdafiəçisi milli komandaya çağırılıb
“Şamaxı” futbol komandasının müdafiəçisi Tanzaniya yığmasının üzvü Alfons Mabula Msanqa “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində milli komandasının heyətində növbəti oyunlarını keçirib.
Crossmedia.az İdman Biz-ə istinadən xəbər verir ki, Msanqa turnir ərzində hər iki qarşılaşmada məşqçilər heyəti tərəfindən şans qazanıb.
Tanzaniya millisi turnirə Lixtenşteyn seçməsi ilə oyunla başlayıb. Həmin görüşdə Alfons Mabula Msanqa 65 dəqiqə meydanda mübarizə aparıb. Lakin gərgin keçən matç Tanzaniya yığmasının minimal hesablı (0:1) məğlubiyyəti ilə yekunlaşıb.
Bu gün isə Tanzaniya yığması turnir daxilində ikinci sınağına çıxıb. Makao millisi ilə qarşılaşan Afrika təmsilçisi rəqibini 6:0 hesabı ilə darmadağın edərək inamlı qələbə qazanıb. Msanqa bu qarşılaşmada 45 dəqiqə meydanda olub və komandasının hücumlarının təşkilində iştirak edib.
23:59 29.03.2026
Oxunuş sayı: 41