Suriya–Livan sərhədində qaçaqmalçılıq tunelləri aşkar edilib
Suriya Müdafiə Nazirliyi son 24 saat ərzində ölkənin Suriya ilə Livan arasındakı sərhəd zonasında iki yeraltı tunelin aşkar edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, sözügedən tunellər Livan ərazisində fəaliyyət göstərən silahlı qruplaşmalar tərəfindən əsasən qaçaqmalçılıq məqsədləri üçün istifadə olunub.
Rəsmi açıqlamada bildirilir ki, bu cür yeraltı keçidlər regionda təhlükəsizlik risklərini artırır və qeyri-qanuni fəaliyyətlərin genişlənməsinə şərait yaradır. Hazırda tunellərlə bağlı əlavə araşdırmaların aparıldığı qeyd olunur.
20:58 29.03.2026
Oxunuş sayı: 48