BMT-dən tarixi qərar: Kölə ticarəti insanlığa qarşı cinayət elan edildi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Afrika kölələrinin transatlantik ticarətini insanlığa qarşı ağır cinayət kimi tanıyan mühüm qətnamə qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Sənəd kölə ticarətində iştirak etmiş ölkələri rəsmi üzr istəməyə, kompensasiya ödəməyə və sistemli ayrı-seçkiliyə qarşı konkret addımlar atmağa çağırır.
Qətnamədə həmçinin mədəni ədalətin bərpası məsələsinə xüsusi diqqət yetirilir. Bildirilir ki, incəsənət əsərləri, abidələr və arxiv materialları kimi mədəni mülklər mənşə ölkələrinə maneəsiz şəkildə geri qaytarılmalıdır.
Sənədin qəbulunda böyük əksəriyyət “lehinə” səs versə də, üç ölkə — ABŞ, İsrail və Argentina qətnamənin əleyhinə çıxıb.
16:40 29.03.2026
Oxunuş sayı: 50