ABŞ hərbi təyyarəsi İordaniya səmasında həyəcan siqnalı verib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing KC-135 Stratotanker tipli yanacaqdaşıyan təyyarənin İordaniya səmasında uçuş zamanı həyəcan siqnalı verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, insidentdən sonra təyyarə marşrutunu dəyişərək Təl-Əviv istiqamətində geri qayıdıb. Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Ekspertlər bu cür halların texniki nasazlıq, təhlükəsizlik riski və ya regionda artan hərbi gərginliklə əlaqəli ola biləcəyini istisna etmirlər.
21:20 29.03.2026
Oxunuş sayı: 52