ABŞ NATO-dan çıxacaq?
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə prezident NBC News-a müsahibəsində bildirib.
Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala belə cavab verib: “Əgər onlar hesablarını ödəsələr, təbii ki, üzvlülük saxlanılacaq”.
O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.
16:05 09.12.2024
Oxunuş sayı: 5126