Sağlamlıq

Nə üçün həyatda geri qalmısan?

Həyatdan geri qalmaq, bir çox insanın yaşadığı, lakin nadir hallarda açıq müzakirə olunan bir problemdir. Çox vaxt insanlar özlərini digərləri ilə müqayisə edir və həyatın axınından uzaqlaşdıqlarını hiss edirlər. Bu hiss, sanki görünməyən bir yük kimi insanın ruhunu əzə bilər. Unutmayın, həyat bir yarış deyil. Bəs bu vəziyyətdə olan insanların özünə inamını necə bərpa etmək olar?


Mövzu ilə bağlı Crossmedia.az olaraq psixoloq Aytən Ələkbərova müraciət etdik:


“Həyatda geri qalan insanların özünə inamlarını bərpa etmək üçün ilk növbədə onların psixoloji xüsusiyyətlərini və psixotemperamentlərini tam araşdırmaq lazımdır. Bu yolla, hansı insan tipinə aid olduqlarını müəyyənləşdirmək və onlara uyğun şəkildə dəstək olmaq mümkündür. Məsələn, melanxoliklər həyatlarından bezdiklərini, bəxtlərinin pis olduğunu düşünə bilərlər. Bu insanlar tez-tez güvəndikləri şəxslərdən xoş sözlər eşitmək istəyirlər. Onlara "Niyə belə düşünürsən? Bir güzgüyə bax, nə qədər gözəl və bacarıqlısan. Yetənəklərini niyə görmürsən?" kimi müsbət rəylər vermək çox təsirli ola bilər. Beləliklə, həyatda özünü geri qalmış hiss edən insanların psixotemperamentlərini və psixoloji xüsusiyyətlərini aşkara çıxardıqdan sonra, mütəxəssis yardımı ilə onların özünə inamını bərpa etmək mümkündür. Bu yanaşma, onların həyatda daha aktiv və özlərinə güvənən bir şəkildə irəliləməsinə kömək edəcəkdir”.

Müvafiq dəstək və müsbət rəy ilə, bu insanlar yenidən həyatın axınına qayıda və özlərinə güvənən bir şəkildə irəliləyə bilərlər.

Samirə Şərif

10:53 09.12.2024

Oxunuş sayı: 7880

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR