İstanbulda atışma – 3 nəfər həyatını itirib
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda yerləşən valyutadəyişmə məntəqələrindən birində silahlı insident baş verib. İnsident nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
İlkin məlumata görə, insident valyuta dəyişmə məntəqəsində müştəri ilə obyekt sahibi arasında yaranan mübahisənin gərginləşməsi nəticəsində baş verib.
Bildirilib ki, insident borc məsələsi ilə bağlı yaranıb. Hadisə ilə əlaqədar 1 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Digər təfərrüatlar açıqlanmır.
17:34 15.09.2026
Oxunuş sayı: 46