Cənubi Qafqazın uzunmüddətli inkişaf perspektivləri
Prezident İlham Əliyev 12 mart 2026-cı il tarixində XIII Qlobal Bakı Forumu çərçivəsində çıxış edərək Cənubi Qafqaz regionunda sülh prosesinin strateji əhəmiyyətini vurğuladı. Prezident qeyd etdi ki, münaqişə və qarşıdurmalar region ölkələrinin inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırır, iqtisadi investisiyaları azaldır və beynəlxalq əməkdaşlıq üçün maneələr yaradır.Bu çıxış beynəlxalq ictimaiyyətə və regional tərəfdaşlara mesaj idi ki, Azərbaycan sülhün təmin olunması üçün konstruktiv yanaşma nümayiş etdirir və uzunmüddətli regional sabitliyi prioritet hesab edir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi artıq yeddi ay əvvəl paraflanıb və tərəflər tərəfindən birgə bəyanat qəbul olunub. Bu addım, uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişdir. Sülh gündəliyi kağız üzərində əldə edilmiş sənəd yox, bu, konkret addımlar və qarşılıqlı öhdəliklər zənciridir. Prezident İlham Əliyev bildirdi ki, sülh sazişi tərəflər arasında etimadın formalaşmasına, diplomatik dialoqun davam etdirilməsinə və regional əməkdaşlığın genişlənməsinə zəmin yaradır. Sülh sazişinin praktiki əhəmiyyəti həm də iqtisadi əməkdaşlığın güclənməsində özünü göstərir. Ticarət əlaqələrinin inkişafı, sərhəd nəzarətinin optimallaşdırılması, yeni nəqliyyat və logistika xətlərinin açılması sülh prosesinin iqtisadi tərəfini təşkil edir. Prezident çıxışında qeyd etdi ki, regional investisiya layihələrinin həyata keçirilməsi Cənubi Qafqaz ölkələrinin iqtisadi potensialını reallaşdırmaq üçün mühüm şərtdir. Bu, beynəlxalq investorlara əlavə güvən yaradır və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir. Sülh sazişi həm siyasi, həm də diplomatik baxımdan mühüm addımdır. Prezident İlham Əliyev vurğuladı ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi, dialoqun davam etdirilməsi və tərəflərin siyasi iradəsi regionda sabitliyin qorunması üçün əsas şərtdir. Ekspertlərin fikrincə, davamlı sülh Cənubi Qafqazın beynəlxalq arenada nüfuzunu artırır, həmçinin region ölkələri arasında strateji əməkdaşlıq imkanlarını genişləndirir. Diplomatik dialoq həmçinin beynəlxalq təşkilatların regiondakı rolunu gücləndirir və sülhün monitorinqi üçün əlavə mexanizmlər yaradır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, sülh sazişinə sadiqlik hər iki tərəf üçün iqtisadi və sosial faydalar gətirir. Bu yanaşma regional stabilliyi möhkəmləndirir və uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır. Sülh prosesinin iqtisadi tərəfi mühüm əhəmiyyətə malikdir. Yeni nəqliyyat marşrutları, dəmir yolları, sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və enerji layihələrinin həyata keçirilməsi tərəflər arasında əlaqələrin güclənməsinə xidmət edir. Prezident İlham Əliyev bildirdi ki, sülh sazişi nəticəsində iqtisadi əməkdaşlıq imkanları artacaq, regional investisiya mühiti yaxşılaşacaq və yeni iş yerləri yaradılacaq. Bu, həmçinin region ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Enerji layihələri də sülh gündəliyinə inteqrasiya olunur. Azərbaycanın enerji tranzit layihələri, xüsusilə Avropa və Asiya arasında enerji resurslarının şaxələndirilməsi regionun enerji təhlükəsizliyini təmin edir və regional iqtisadi əməkdaşlığı möhkəmləndirir. Sülh sazişi həm iki ölkənin münasibətləri üçün, həmdə bütün Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır. Stabil və etibarlı regional mühit investorlar üçün daha əlverişli şərait yaradır, beynəlxalq ticarət və logistika marşrutlarının səmərəliliyini artırır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın təşəbbüsləri regionda dayanıqlı sülhün qorunmasına xidmət edir və digər ölkələr üçün nümunə rolunu oynayır. Bu yanaşma beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsinə və qlobal iqtisadi layihələrdə iştirak imkanlarının artmasına şərait yaradır. Sülh gündəliyinin irəliləməsi Cənubi Qafqazın strateji mövqeyini gücləndirir, region ölkələrinin beynəlxalq siyasi və iqtisadi sistemdə rolunu artırır. Prezident qeyd etdi ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi, diplomatik dialoqun davam etdirilməsi və əldə olunan razılaşmalara sadiqlik regionda sabitliyin əsas təminatıdır. Sülh prosesinin uğurla irəliləməsi Cənubi Qafqazda dayanıqlı inkişafın təməlini qoyur. Prezident İlham Əliyev forumda bildirdi ki, regionda sülh və əməkdaşlıq ölkələr arasında iqtisadi, siyasi və sosial faydaların reallaşmasına xidmət edir. Əldə olunan razılaşmaların davamlı həyata keçirilməsi regional inteqrasiyanı gücləndirir, ticarət və investisiya imkanlarını genişləndirir, beynəlxalq əməkdaşlıq üçün şərait yaradır. Bu yanaşma Cənubi Qafqazın uzunmüddətli sabitliyini və iqtisadi inkişafını təmin edən əsas amildir. Prezidentin çıxışı həm region, həm də beynəlxalq auditoriya üçün mesaj oldu ki, Azərbaycan sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın tərəfdarıdır.

Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı
10:07 16.03.2026
Oxunuş sayı: 98