KİV: İran raket qurğularının əksəriyyətini itirib
İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar zamanı raket buraxılış qurğularının 90%-dən çoxunu itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məqalədə bildirilir ki, ABŞ və İsrail 12 günlük müharibədən sonra taktika dəyişərək buraxılış qurğuları və komanda məntəqələrini hədəfə almağa başlayıblar.
Bu, İranın genişmiqyaslı zərbələr endirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Məlumata görə, raketlərdən fərqli olaraq, buraxılış qurğuları yeraltına yerləşdirilə və ya tez bir zamanda dəyişdirilə bilmədiyindən onları həssas və əsas hədəfə çevirir.
Nəticədə İranın raket potensialı ciddi şəkildə zəifləyib və strateji imkanları məhdudlaşır.
02:35 12.03.2026
Oxunuş sayı: 44