SEPAH: İran yeni növ raketdən istifadə edə bilər
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini Əli Fədavi yaxın günlərdə yeni növ raketlərin istifadə oluna biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Fədavi İranın arsenalında sualtından buraxılan və yüksək sürətə malik raketlərin olduğunu bildirib.
“Sualtından atılan və saniyədə 100 metr sürətə malik raketlərimiz var. Böyük ehtimalla yaxın günlərdə onlardan istifadə edəcəyik”, – deyə o qeyd edib.
Fədavi əlavə edib ki, bu raketlər mümkün qisas hücumları çərçivəsində istifadə oluna bilər.
22:05 11.03.2026
Oxunuş sayı: 46