NYT: ABŞ raketi səhvən ibtidai məktəbi vurub
İranda yerləşən Minab ibtidai məktəbinə edilən hücumla bağlı yeni detallar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, ilkin araşdırma hücumun ABŞ hərbçiləri tərəfindən həyata keçirildiyini göstərir.
Məlumata əsasən, ABŞ Müdafiə Kəşfiyyat Agentliyi tərəfindən təqdim edilən köhnəlmiş kəşfiyyat məlumatları nəticəsində "Tomahawk" raketi səhvən hədəfə yönəlib.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunur.

20:22 11.03.2026
Oxunuş sayı: 56