İran Futbol üzrə Dünya Çempionatında iştirakdan İMTİNA ETDİ
İran 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın idman naziri Əhməd Donyamali deyib.
“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.
Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.
“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.
20:00 11.03.2026
Oxunuş sayı: 49