Tramp Minabdakı məktəbə hücumda ABŞ-nin iştirakını inkar etdi
ABŞ prezidenti Donald Tramp, Minab şəhərindəki məktəbə edilən hücumda Vaşinqtonun iştirak etdiyi barədə xəbərləri rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, təqdim olunan dəlillərə baxmayaraq, ABŞ-nin həmin hücumla əlaqəsi olduğuna dair qəti sübut yoxdur.
Daha əvvəl "The New York Times" yazırdı ki, fevralın 28-də İranın cənubundakı Minab şəhərindəki dəniz bazası və ibtidai məktəbə endirilən zərbələrdən tapılan raket qalıqları ABŞ istehsalı olan Tomahawk cruise missile ilə uyğun izlər daşıyır.
Tramp qeyd edib ki, “Tomahawk” dünyada geniş yayılmış silahdır və bir sıra ölkələr tərəfindən istifadə olunur:
“Mən bunu görməmişəm. Amma deyə bilərəm ki, ən güclü silahlardan biri olan "Tomahawk" digər ölkələr tərəfindən də istifadə edilir. Bu raket müxtəlif ölkələrə satılır və hazırda məsələ araşdırılır”.
18:38 11.03.2026
Oxunuş sayı: 50