Tramp administrasiyası Tehranın dayanıqlığını nəzərə almadı
ABŞ Prezidenti Donald Tramp İranın imkanlarını və enerji bazarına təsirini kifayət qədər nəzərə almayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ABŞ administrasiyası düşünürdü ki, ali dini lider də daxil olmaqla İranın yüksək vəzifəli şəxslərinin hədəfə alınması sistemi çökdürəcək. Bu səbəbdən ABŞ-İsrail koalisiyası “blitskriq” (ildırımsürətli müharibə) variantını seçib.
Lakin reallıq bu ssenari ilə üst-üstə düşməyib: Vaşinqton Tehranın Hörmüz boğazını blokadaya almaqla göstərdiyi cavaba hazırlıqsız yaxalanıb və İran sisteminin dayanıqlığını ciddiyə almayıb.
17:43 11.03.2026
Oxunuş sayı: 47