Müttəfiqləri ABŞ-ni tək qoyacaq?
İran Silahlı Qüvvələrinin sözçüsü Əbolfəzl Şekarçi Fars körfəzi regionu ölkələrinə müraciət edərək, ərazilərində yerləşən ABŞ və İsrail hərbi bazalarının yerləri barədə məlumat verməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, bu məlumatların verilməsi İran qüvvələrinin zərbələri daha dəqiq endirməsinə və mülki əhalinin zərər görməsinin qarşısını almağa kömək edə bilər. Şekarçi, həmçinin İranın ABŞ və İsrailin yaşayış binalarına zərbələri və mülki insanların ölümü ilə bağlı addımlarına cavab verəcəyini vurğulayıb.
Turqut Ansari
16:49 11.03.2026
Oxunuş sayı: 39