ABŞ-nin bəzi Fars körfəzi ölkələrinə İranın mümkün hücumlarına qarşı tutucu raketlər verməkdən çəkinməsi ilə bağlı məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri yazıb.
Məlumata görə, ABŞ İranın hücumlarına qarşı müdafiəni gücləndirmək üçün bəzi Fars körfəzi ölkələrinə silah və sursat təqdim etməkdən imtina edir.
Eyni zamanda "CBS News" bildirir ki, Vaşinqton region ölkələrində tutucu raketlərin çatışmazlığından xəbərdardır. Bu səbəbdən həmin ölkələrin hava hücumundan müdafiə sistemləri hansı hədəfləri vurub, hansını vurmamağı seçmək məcburiyyətində qalır.
Buna baxmayaraq, məlumatlara görə, ABŞ administrasiyası mövcud problemin aradan qaldırılması istiqamətində hələlik tələsmir.