ABŞ- İran müharibəsi dünyanı necə dəyişir? - Ekspert danışdı
Son zamanlar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları regional güc balansını dəyişib. Müharibə nəticəsində neft qiymətləri yüksəlib və qlobal tədarük zəncirləri pozulub. Dünya bazarlarında qeyri-müəyyənlik artıb və Qərb dövlətləri arasında fikir ayrılıqları yaranıb. İran üçün hərbi çəkindirmə, fəal diplomatiya və milli təhlükəsizlik zəmanətləri böhranların idarə olunmasında əsas rol oynayır. Hərbi əməliyyat iqtisadi, geosiyasi və humanitar sahələrdə çoxölçülü təsirlər yaradıb.

Hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlamasında müharibənin Yaxın Şərqə xeyli təsir etdiyini və qonşu ölkələrin müharibədə çox əziyyət çəkdiyini qeyd edib: "Bir bölgədə baş verən müharibə bütünlükdə dünyaya təsir edir, neft qiymətləri qalxır və bu, dünya iqtisadiyyatına öz təsirini göstərir. Eyni zamanda Ərəb ölkələri təhlükəsizlik hesabına investisiyalar qurublar və artıq o investisiyaları qoyanlar da götür-qoy edəcək. Dünyada elə bir ədalət sistemi qurulmalıdır ki, insanlar rahat yaşasın, lakin əvvəlki kimi olmayacaq. Bu cür davam etsə, son illərdə bütün ölkələrdə hərbi büdcələr artacaq və artıq artıb".
E.Həsənli qeyd edib ki, hər bir ölkə öz təhlükəsizliyini qorumağa çalışır: "Azərbaycan dövləti də bütün bunları nəzərə alır və qardaş ölkələr- Türkiyə və Pakistanla davamlı olaraq məsləhətləşir. Proqnozlaşdırmaq çox çətindir, 12 günlük müharibənin ardınca ABŞ-nin bu cür əməliyyat aparılacağı bəlli idi, amma nə qədər davam edəcəyi və bütün nəticələrlə bitəcəyi bilinmir. Bu səbəbdən İran-ABŞ müharibəsinin hər mənada davam edəcək və dünya düzəninə çox böyük təsiri olacaq".
Fatimə
15:05 11.03.2026
Oxunuş sayı: 68