İsrail ordusu Beyruta yeni hücumlar həyata keçirib.
İsrail Livanın paytaxtı Beyruta yeni hava hücumları həyata keçirib. Ordu son bir saatda sakinlərin evlərini tərk etməyə məcbur edildiyi Dahiyə bölgəsinə iki zərbə endirib və güclü partlayış səsləri eşidilib.
Crossmedia.az xarici mənbəyə istinadən bildirir ki, İsrail tərəfi hücumların Hizbullah infrastrukturunu hədəf aldığını iddia edib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2 martdan bəri həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 570-ə, yaralıların sayı isə 1444-ə çatıb.
Rəmziyyə Babazadə
10:57 11.03.2026
Oxunuş sayı: 73