ABŞ kəşfiyyatı: İran Hörmüz boğazına mina yerləşdirə bilər
İranın strateji əhəmiyyətə malik Hörmüz boğazı boyunca dəniz minaları yerləşdirməyə hazırlaşdığı iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bölgədə 2 000-dən 6 000-ə qədər mina yerləşdirilməsi planlaşdırılır. Bu minaların bir hissəsinin Çin və Rusiya mənşəli olduğu bildirilir.
İddialara görə, minaların yerləşdirilməsi üçün hər biri 2–3 mina daşıya bilən kiçik qayıqlardan istifadə edilir. ABŞ kəşfiyyat vasitələrinin son günlər bu istiqamətdə müəyyən hərəkətlilik müşahidə etdiyi qeyd olunur.
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft ticarətinin əsas marşrutlarından biri hesab olunur və burada mümkün hərbi gərginlik dünya enerji bazarına ciddi təsir göstərə bilər.
10:06 11.03.2026
Oxunuş sayı: 46