Tehrandan iddia: Müctəba Xameneyi xəstəxanadadır
İranda Ali lider Əli Xameneyinin oğlu Müctəba Xameneyinin yaralandığı iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Müctəba Xameneyi Sina Hospital xəstəxanasına yerləşdirilib. Onun mədə və ayaq nahiyəsindən ciddi xəsarətlər aldığı və hazırda süni tənəffüs aparatına qoşulduğu iddia edilir.
Paylaşımda qeyd olunur ki, cərrahi əməliyyatı həkimlər Zəfərqəndi və Mərəşi həyata keçiriblər. Bildirilir ki, xəstəxanada vəziyyət gərgindir və reanimasiya şöbəsinə yalnız məhdud sayda şəxsin daxil olmasına icazə verilir.
Bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
10:00 11.03.2026
Oxunuş sayı: 48