Lavrov və Əraqçı Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçı telefon danışığı zamanı Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər regionda ABŞ və İsrailin İrana hücumları fonunda kəskin şəkildə pisləşən vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Lavrov gərginliyin tezliklə azaldılmasının vacibliyini vurğulayıb və tərəfləri danışıqlara qayıtmağa çağırıb.
Nazir həmçinin Rusiyanın İranın və onun regional qonşularının təhlükəsizlik maraqları nəzərə alınmaqla bu prosesə kömək etməyə hazır olduğunu bildirib.
20:41 10.03.2026
Oxunuş sayı: 68