Hərbi əməliyyatlar: İsrail Hizbullah infrastrukturunu vurur
İsrail ordusu Beyrutun Dahiya bölgəsində Hizbullah obyektlərini vurur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail ordusunun sözçüsü bildirib ki, hazırda Beyrutun Dahiya bölgəsində yerləşən Hizbullah infrastrukturuna qarşı hərbi əməliyyatlar həyata keçirilir.
Məlumatlara görə, hədəflər əsasən silah anbarları və hərbi obyektlərdir. Hadisə bölgədə gərginliyə səbəb olub və yerli əhali təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılır.
14:15 09.03.2026
Oxunuş sayı: 47