Müctəba Xameneinin ali lider təyin olunmasına Çin dərhal reaksiya göstərdi
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun İranın yeni ali dini lideri Müctəba Xameneiyə qarşı yönəlmiş istənilən hərəkətə qarşı çıxdıqlarını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Jiakun bildirib ki, Çin istənilən bəhanə ilə digər ölkələrin daxili işlərinə qarışmasına qarşıdır və İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. O, həmçinin yeni rəhbərin təyinatını “İran tərəfinin konstitusiyaya uyğun olaraq qəbul etdiyi qərar” kimi qiymətləndirib.
Qeyd edək ki, Müctəba Xamenei bu gün İranın yeni ali dini lideri təyin edilib. O, fevralın 28-də ABŞ-İsrail birgə əməliyyatı zamanı öz iqamətgahında qətlə yetirilən atası Əli Xameneini əvəz edir.
13:40 09.03.2026
Oxunuş sayı: 50