Şimali Kiprdə Türkiyə qüvvələri hazır vəziyyətə gətirildi
Regionda təhlükəsizliyi gücləndirmək məqsədilə 6 ədəd F-16 qırıcısı və hava hücumundan müdafiə (HHM) sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında (ŞKTR) yerləşdirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, bu addım bölgədə hərbi hazırkarlığın artırılması və strateji nəzarətin təmin olunması üçün atılıb.
12:52 09.03.2026
Oxunuş sayı: 362