İranın Bəhreynə hücumu: uşaqlar da daxil olmaqla onlarla yaralanan var
Bəhreynin Sitra adasına İran tərəfindən pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində ən azı 32 nəfər yaralanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Krallığın Səhiyyə Nazirliyi bildirir ki, yaralananlar arasında uşaqlar da var və dörd nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, hücumda istifadə olunan dron yaşayış məntəqəsinin mərkəzinə düşüb və nəticədə ətraf ərazilərdə dağıntılar baş verib.
Sosial şəbəkələrdə və internetdə Bəhreyn ərazisində, o cümlədən neft emalı zavoduna yaxın hədəflərə endirilən zərbələrin görüntüləri yayılıb.
12:20 09.03.2026
Oxunuş sayı: 50