Müctəba Xamenei İranın yeni ali rəhbəri seçildikdən sonra Fars körfəzi ölkələri ciddi narahatlıq keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, bu qərar son dövrlərdə İranın gündəlik hücumlarına məruz qalan Körfəz ölkələri üçün faktiki olaraq hərbi vəziyyət anlamına gələ bilər. Region ölkələri yeni liderin siyasətinin necə olacağını diqqətlə izləyir.
Məlumata görə, Körfəz dövlətləri həm vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edir, həm də yeni rəhbərliyin fərqli siyasi kurs ortaya qoyub-qoymayacağını müşahidə etməyə çalışır.