Pezeşkian yeni ali lideri təbrik edib
İran prezidenti Məsud Pezeşkian Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin ölkənin ali lideri seçilməsi münasibətilə təbrik mesajı yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian bildirib ki, Ekspertlər Məclisinin qəti səs çoxluğu ilə qəbul etdiyi bu qərar İran xalqı üçün yeni mərhələnin başlanğıcıdır və ölkənin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, yeni liderin seçilməsi milli birliyin möhkəmlənməsinin və İranın müstəqilliyinin qorunmasının göstəricisidir. Pezeşkian qeyd edib ki, əvvəlki ali lider Əli Xameneinin dövründə əldə olunan nailiyyətlər ölkənin gələcək inkişafı üçün möhkəm əsas yaradıb və bu kurs yeni rəhbərliyin dövründə də davam etdiriləcək.
Prezident həmçinin vurğulayıb ki, İran mövcud təhlükələrə baxmayaraq milli birlik, silahlı qüvvələrin fəaliyyəti və cəmiyyətin dəstəyi ilə inkişaf yolunu davam etdirəcək.
11:55 09.03.2026
Oxunuş sayı: 44