Quru əməliyyatı olacaq? Ağ Ev Trampın planlarını açıqladı
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı quru əməliyyatı planlaşdırmır, lakin belə bir ehtimal da tam istisna olunmur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, quru əməliyyatı hazırkı planlara daxil deyil. Bununla belə, ABŞ Prezidenti bütün mümkün variantları nəzərdən keçirir.
“Bu, hazırkı planımızın bir hissəsi deyil. Lakin Prezident bütün variantları nəzərdən keçirir”, – deyə Livitt qeyd edib.
11:50 09.03.2026
Oxunuş sayı: 44