Rusiya BMT Təhlükəsizlik Şurasını Yaxın Şərqdə atəşkəs elan etməyə çağırır
Rusiya BMT Təhlükəsizlik Şurası üçün Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağı tələb edən qətnamə layihəsi hazırlayıb. Sənəddə bölgədəki hərbi eskalasiya və insan itkiləri ilə bağlı narahatlıq ifadə olunur və bütün tərəflər dərhal atəşkəsi təmin etməyə, danışıqlara qayıtmağa və diplomatik vasitələrdən istifadə etməyə çağırılır.
Crossmedia.az TASS əsasən bildirir ki, qətnamə həmçinin bölgədə və ondan kənarda dövlətlərin təhlükəsizliyinin vacibliyini vurğulayır.
Rəmziyyə Babazadə
11:00 09.03.2026
Oxunuş sayı: 54