İranda nüvə obyektinə ciddi ziyan dəyib
ABŞ və İsrailin hücumlarından sonra İranın İsfahan şəhərindəki nüvə obyektinə ciddi ziyan dəyib.
Crossmedia.az "İSNA" xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, heç bir radiasiya çirklənməsi qeydə alınmayıb.
İsrail və ABŞ-nin məlumatına görə, İranın nüvə yanacağının böyük hissəsi İsfahandakı yeraltı tunellərdə saxlanılır, qalan ehtiyatlar isə Fordo və Nətənzdəki bunkerlər arasında paylanır.
23:07 08.03.2026
Oxunuş sayı: 59