İranın Ekspertlər Şurası yeni ali rəhbəri seçib
İranın Ekspertlər Şurası yeni ali rəhbəri seçib.
Crossmedia.az xəbər verir ki, bu haqda şuranın Xorasan-Rəzəvi əyalətindən olan üzvü Əhməd Ələmülhüda məlumat verib.
Qərar barədə daha sonra məlumat veriləcək.
“Seçki keçirildi və lider müəyyən edildi”, - deyə o bildirib.
O qeyd edib ki, ölkə konstitusiyasına görə, Ekspertlər Şurasının heç bir üzvü fikrini dəyişmək hüququna malik deyil.
Ələmülhüdanın sözlərinə görə, indi hər şey şuranın katibi Ayətullah Hüseyni Buşehridən asılı olacaq, o, qurumun qərarını ictimaiyyətə açıqlamalıdır.
22:15 08.03.2026
Oxunuş sayı: 54