İsrail ordusu İranda yeni genişmiqyaslı zərbələrə başladığını açıqlayıb
İsrail ordusu İran ərazisində, o cümlədən paytaxt Tehran və digər bölgələrdə hədəflərə qarşı yeni genişmiqyaslı zərbələr seriyasına başladığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, hücumlar İranın müxtəlif ərazilərində yerləşən hərbi və strateji hədəflərə yönəlib. Əməliyyatın detalları və nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
İsrail tərəfi bildirib ki, zərbələr regionda təhlükəsizliklə bağlı yaranmış vəziyyət fonunda həyata keçirilir.
21:04 08.03.2026
Oxunuş sayı: 59