Ağ Ev: ABŞ prezidenti İrana qarşı quru əməliyyatı planlaşdırmır
Ağ ev bildirib ki, ABŞ prezidenti hazırda İran əleyhinə quru əməliyyatı keçirməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, Ağ ev bu variantın tamamilə istisna olunmadığını və vəziyyətin inkişafından asılı olaraq gündəmdə qala biləcəyini qeyd edib.
Rəsmi açıqlamada vurğulanıb ki, ABŞ administrasiyası regiondakı hadisələri diqqətlə izləyir və mümkün ssenariləri nəzərdən keçirməyə davam edir.
20:34 08.03.2026
Oxunuş sayı: 62