İsrail İranın 50 bunkerini məhv etdi
İranın paytaxtı Tehran şəhərinin müxtəlif hissələrində partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Mehr" İnformasiya Agentliyi məlumat yayıb.
Eyni zamanda İsrail Müdafiə Nazirliyi paytaxta yeni zərbələr endirildiyini və hədəf kimi SEPAH-ın Hərbi-Kosmik Qüvvələrinin qərargahlarının seçildiyini bildirib. Ordunun açıqlamasına görə, hücum zamanı təxminən 50 silah-sursat bunkeri vurulub.
Digər tərəfdən, İsrail ərazisində də vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Tel-Əviv ətrafında fövqəladə vəziyyət elan edilib.
Turqut Ansari
19:50 08.03.2026
Oxunuş sayı: 2267