Tehranda SEPAH-ın kosmik qüvvələrinin qərargahı vurulub
İsrail Müdafiə Qüvvələri bildirib ki, Tehrana endirilən növbəti hava zərbələri zamanı İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH kosmik qüvvələrinin qərargahı hədəf alınıb.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Açıqlamada qeyd olunub ki, hücumlar zamanı paytaxt ətrafında yerləşən 50 sursat bunkeri də vurulub.
İsrail tərəfi zərbələrin İranın hərbi infrastrukturlarını zəiflətmək məqsədi daşıdığını bildirib. Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.
19:37 08.03.2026
Oxunuş sayı: 174