Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza keçir? - Proses Naxçıvandan başlaya bilər
İrana məxsus PUA-nın Naxçıvan aeroportuna düşməsi Yaxın Şərqdə davam edən gərginliyin daha geniş areala yayıla bilmək ehtimalını artırır.
"Röyters" agentliyinin məlumatına görə Naxçıvandakı insident Qafqazın sabitliyini təhdid edir.
Ümumiyyətlə, İran və İsrail arasında gərginlik fonunda hərbi toqquşmalar davam edir və regionda təhlükəsizlik vəziyyəti getdikcə daha həssas mərhələyə daxil olur. Qarşılıqlı hücumlar Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artıraraq beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Baş verən son hadisələr böyük dövlətlərin də prosesə cəlb olunması ehtimalını gündəmə gətirir. Ekspertlər münaqişənin regional sabitliyə və qlobal siyasi balanslara təsir göstərə biləcəyini bildirirlər. Mövcud vəziyyət fonunda siyasi şərhçilər qarşıdurmanın mümkün nəticələrini və geosiyasi təsirlərini qiymətləndi

Türkiyəli siyasi şərhçi Ali Satan Crossmedia.az-a özəl açıqlamasında bildirib ki, İsrail və ABŞ-nin İrana qarşı birgə hücumu beynəlxalq münasibətlər sisteminə, dövlətlərarası hüquqa və BMT Nizamnaməsinə ziddir: "Bu, artıq bir müddətdir davam edən qeyri-qanuni vəziyyət kimi qiymətləndirilir. ABŞ tərəfindən verilən açıqlamalara nəzər saldıqda, hücumun siyasi məqsədləri ilə bağlı tam razılaşmanın olmadığı görünür. Proses çərçivəsində İranda rejim dəyişikliyinə cəhd edilə biləcəyi ehtimal olunur. Bu tam uğurlu olmasa belə, İranın daha demokratik idarəetmə modelinə keçidinin gözlənildiyi qeyd olunur. Daha demokratik İranın formalaşması halında isə İran türkləri baxımından ölkənin birlik və bütövlüyü daxilində yeni müsbət inkişafların və müəyyən siyasi-ictimai qazancların ortaya çıxa biləcəyi ehtimal edilir. Münaqişənin nə qədər davam edəcəyi və hansı intensivlikdə olacağı barədə hazırda konkret fikir söyləmək çətindir. Region üçün ən təhlükəli ssenari isə bütün Körfəz ölkələrinin və Səudiyyə Ərəbistanının İranla müharibəyə cəlb olunması ola bilər. Türkiyə, Azərbaycan və Türk Dövlətləri Təşkilatına üzv ölkələr müharibənin regiona yayılmasının qarşısının alınması istiqamətində əməkdaşlıq etməlidirlər. Çinin İrana texniki dəstək göstərdiyi müşahidə olunur. Bununla belə, Çinin birbaşa ABŞ-a qarşı açıq siyasət yürütmədiyi və yaxın perspektivdə də belə bir addım atmayacağı ehtimal edilir. Lakin müharibə uzanacağı təqdirdə, Çinin strateji mövqeyində dəyişiklik baş verə bilər".
Politoloq həmçinin vurğulayıb ki, Rusiya hücumdan əvvəl İrana texniki, hərbi və siyasi dəstək göstərsə də, hücumdan sonra müəyyən müddət gözləmə mövqeyi sərgilədi: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçiyə zəng edərək yardım göstərməyə hazır olduqlarını bildirib. Bu addımın münaqişədə müəyyən balans yarada biləcək bir gediş olduğu düşünülür".
Fatimə Məmmədova
13:37 05.03.2026
Oxunuş sayı: 1028